Samsung şirkətinin avqustun 23-ü ABŞ-da təqdim edəcəyi Galaxy Note 8-in növbəti aylarda ölkəmizdə satışa çıxarılacağı gözlənilir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, telefonun qiyməti təxminən min dollar ətrafında olacaq. Telefon Amoled ekran, 6 GB yaddaş kartına, microSD yerinə, 64 GB daxili yaddaşa, 8MP ön kamera, 12 MP isə arxa kameraya sahib olacaq.

3.000 mAh batareya, Android 7.0 Nougat əməliyyat sistemi, suya, toza dayanıqlılıq, S Pen əlavəsi telefonun digər xüsusiyyətlərindəndir.

Qeyd edək ki, Samsung şirkəti son dövrlərdə Galaxy Note 7, daha sonra isə Galaxy Note 4 model telefonların batareyasında yaranan problemə görə minlərlə avadanlığı geri çağırıb. Bu səbəbdən Galaxy Note 8 hazırlanarkən prosesə daha ciddi yanaşıldığı, yarana biləcək problemlərin qarşının alındığı deyilir.

Gülşən

Qaynarinfo.Az