Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Rusiyaya səfərə gedib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər çərçivəsində erməni nümayəndə heyəti Naberejni Çelnidə "KAMAZ"-a məxsus avtomobil texnikasının yeni modeli ilə tanış olacaq, avqustun 22-də isə Moskvada "Armia-2017" beynəlxalq hərbi-texniki konfransın və sərginin açılış mərasimində iştirak edəcək.

Qaynarinfo.Az