Həftədə 2 porsdan artıq kartof qızartması yemək vaxtından əvvəl ölüm riskini 2 dəfə artırı.

"Qaynarinfo" xəbər verir ki, bu qənaətə Amerikanın "Journal of Clinical Nutrition" jurnalı apardığı sorğunun nəticələrinə əsasən gəlib.

Belə ki, 10 il ərzində yaşları 45-79 arasında dəyişən 4500 nəfərin qida rasionuna nəzər saldıqda başda kartof qızartması olmaqla yağlı yeməklərlə qidalanan insanların sağlam qidalananlarla müqayisədə daha az yaşadığı müəyyən olunub. Belə ki, kartofun tərkibində nişastanın çox olması orqanizmdəki karbohidratları sürətlə şəkərə çevrilir və qan təzyiqini yüksəldir.


Qeyd edək ki, kartofun püre, qızartma və ya cips olmasının heç bir fərqi yoxdur. Kartofun hər halı insanda artıq çəki yaradır, yağlanmanı sürətləndirir və qan təzyiqini artıraraq ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir göstərir. 

Nərmin Həsənli

Qaynarinfo.Az