Gənc müğənni Elvin Mirzəzadənin ifa etdiyi "Düşün məni" mahnısı hitə çevrilib.

"Qaynarinfo"nun azxeber.com-a istinadən məlumatına görə, mahnını 3 gün ərzində yarım milyondan çox insan dinləyib.

Eyni zamanda sosial şəbəkələrdə ən çox paylaşılan mahnı da məhz "Düşün məni" olub.

Mahnının sözləri və musiqisi Elməddin Səfərliyə məxsusdur.

Qeyd edək ki, Elvin Mirzəzadə bir vaxtlar "Yeni ulduz" mahnı müsabiqəsinin iştirakçısı olub.

Həmin ifanı təqdim edirik:

Qaynarinfo.Az