Trabzon Valiliyinin dəstəyi, İstanbul Trabzon Federasiyası və Anadolu Təhsil, Mədəniyyət və İrfan Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən Trabzon Beynəlxalq Film Festivalı başa çatıb.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında dövlət sifarişi ilə çəkilən “Qırmızı bağ” bədii filmi festivalda üç mükafata layiq görülüb. Filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimlidir.

Filmdə rol alan Gülzar Qurbanova "Ən yaxşı aktrisa", Maqsud Məmmədov "Ən yaxşı aktyor", Taleh Bədiyev isə “Jürinin xüsusi mükafatı” ilə təltif edilib.

Xatırladaq ki, "Qırmızı bağ" bədii filmi babaları bəy olan müəllimlərin həyatından bəhs edir.

Qaynarinfo.Az