ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə Endrü Şoferi təyin edib.

 Bu barədə ABŞ Dövlət Departamenti  məlumat verib.

Məlumatda qeyd olunur ki, ABŞ Minsk qrupunun işinə sadiq qalır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərə kömək göstərməyə davam edir, münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həll yolunu dəstəkləyir və Endrü Şofer tərəflərə bu məqsədlərə çatmağa kömək edəcək. 

Həmçinin vurğulanır ki, Azərbaycan və Ermənistan hökumətləri səlahiyyətlərinin icrasına başlayan Endrü Şoferin təyinatı haqqında

məlumatlandırılıb. (Modern.az )

Qaynarinfo.Az