İyunun əvvəlindən ABŞ-a gedən Müsavat Partiyası başqanının müavini, yazar Tofiq Yaqublu hələ də paytaxt Vaşinqtondadır.

Tofiq Yaqublu okeanın o tayına işgüzar səfərə getdiyini açıqlamışdı. ABŞ səfərindən iki aya yaxın vaxt keçsə də Tofiq Yaqublu hələ vətənə dönməyib.

"Qaynarinfo" xəbər verir ki, dünən "Yeni Müsavat"ın müxbiri Tofiq Yaqublu ilə əlaqə saxlayıb “Amerikadan geri dönməyi düşünürsünüzmü? Sizi mühacir hesab etmək olarmı artıq?” suallarını ünvanlayıb. Cavabında bildirib ki, səfəri müvəqqətidir və mühacirətə getməyib: “Nə mühacir? Elə şey yoxdur. Bir azdan qayıdıram”.

Tofiq Yaqublu ABŞ-da soydaşlarımızla görüşdüyünü, vəziyyətinin normal olduğunu bildirib. Azərbaycana qayıdacağı gün barədə isə dəqiq nə isə deməyib.

Qaynarinfo.Az