Melanoma - xərçəng xəstəliyinin ən təhlükəli növüdür. Təəssüf ki, hər ötən gün bu xəstəliyə tutulan xəstələrin sayı artır. Melanoma tez müdaxilə olunduğu halda müalicəyə boyun əyir. 

"Qaynarinfo" xarici mətbuata istinadən xəbər verir ki, xəstəliyi tez müəyyən etmək üçün aşağıdakıları bilməlisiniz. Amerikanlar bunu ABCDE adlandırırlar: 

A - Asimmetriya (asymmetry)

Əgər xallarınızın və ya doğum ləkələrinizin simmetriyası pozulubsa, bir tərəf digərindən kəskin fərqlənirsə, məsləhət görülür ki, həkimə müraciət edəsiniz. 

B - Düzgün sərhədlənməməsi (border irregularity)

Əgər xal sərhəddi kəskin deyilsə, kənarları bulanıqdırsa, bu melanoma ola bilər. 

C - rəng (color)

Rəngi aydın və müxtəlif rəng çaları olan ləkəklər və xallar da melanoma ola bilər. 

D - Diametr (diameter)

6 millimetrdən böyük xallar mütləq şəkildə həkim müayinəsindən keçməlidir. 

E - dəyişiklik (evolution)

Xalda rəng, ölçü, forma dəyişikliyi olursa, həkimə müraciət olunmalıdır. 

Əgər xalınızda sadaladıqlarımız olmasa belə sizə dəyişikliyin olması, asimmetriya problemi olması gələ bilər. Bu zaman qorxmayın. Sadəcə mütəxəssisə müraciət edib yoxlanışdan keçmək məsləhətdir. 

Nərmin Həsənli

Qaynarinfo.Az