İranlı turizm meneceri Həmid Cahadi hesab edir ki, Azırbaycan mənşəli əfsanəvi iranlı müğənni Ququşun (Faiqə Atəşi) Bakıda konserti İranda Azərbaycana turizm dalğası yaradardı.

"Qaynarinfo"nun xəbərinə görə, Cahadi bu barədə Virtualaz.org nəşrinə müsahibəsində deyib.

“Ququş 70 milyonluq İranda inanılmaz dərəcədə populyardır. Bakıda onun konserti olarsa, bunun hansı ajiotaja səbəb ola biləcəyini yalnız təsəvvür etmək olar, ələlxüsus da digər məşhur iranlı müğənni Dariuş Əhbali ilə duet oxuyarsa. Bakıya İranın hər tərəfindən turist axını başlayardı. Naxçıvanda iranlı müğənnilərin konserti olanda biz bunun şahidi olmuşduq”, - Həmid Cahadi bildirib.

Qaynarinfo.Az