"Müğənni İzzət Bağırova "Neolit” şadlıq evində bir qrup şəxs hücum edib. Restoranda ictimai asayişə nəzarət edən şəxslər tərəfindən bu hücumun qarşısı alınıb. Bu zaman ictimai vəzifəni yerinə yetirən adamlar xəsarət alıblar. Onlar hadisə ilə bağlı artıq polisə müraciət ediblər və iş Nizami Rayon Polis İdarəsinin icraatındadır".

Bu sözləri İ.Bağırovun vəkili Ceyhun Yusifov yayiminfo.com-a açıqlamasında bildirib. 


Vəkilin sözlərinə görə, hadisə zamanı İ.Bağırov tərəfindən heç bir aktiv hərəkət olmayıb və restoranda mühafizəçilər onu davadan yayındırıblar.

C.Yusifov bildirib ki, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib.

Mərasim zamanı bir qrup içkili şəxs operatordan müğənnini deyil, onları lentə almağı tələb edib. Onların kobud və aqressiv şəkildə bu sözü demələri mübahisəyə səbəb olub. Şadlıq evinin mühafizəçiləri aranı sakitləşdirməyə çalışsalar da, həmin şəxslərlə əlbəyaxa olublar və nəticədə restoranın işçiləri xəsarət alıb.

"Heç kimlə dalaşmamışam. Qarşı tərəf məlumatı başqa cür yayıb. Sadəcə mən şou proqramda çıxış edən zaman hadisə baş verib". Bu sözləri "Qafqazinfo”ya açıqlamasında müğənni İzzət Bağırov deyib. 


Sənətçi dünən "Neolit"restoranında baş verən davada köməkçisinin də zədə aldığını deyib:

"Köməkçim dalaşan şəxslərin arasında qalmışdı, onu da vurublar, zədə alıb. Elə yazıblar ki, guya mən bunu etdirmişəm. 27 ildir ki, səhnədəyəm. Hələ yanımda cangüdən gəzdirməmişəm. Məni hamı tanıyır. Uzaqbaşı yanımda bir işçim olub. Yayıblar ki, cangüdənim adam vurub.

Tutaq ki, mühafizəçim olub, mənim üstümə kimsə cumsa qorumayacaq? Bir daha deyirəm, hadisə mən oxuyan vaxtı baş verib, hər şey də üstümdə qalıb. Qonaqlar arasında bir-birini eşitmirdilər, içkili idilər.

Heç kim bir-birinə qulaq asmaq istəmirdi. Aləm birdən-birə qarışdı. Məsələni polis araşdırır. Daha sonra vəkilim dəqiq məlumat yayacaq”.

əbərdən istifadə edərkən istinad etmək vacibdir. 

Qaynarinfo.Az