Gürcüstanda son həftə ərzində dolların lariyə olan məzənnəsi 4 tetriyə qədər bahalaşıb.

APA-nın yerli bürosu Gürcüstanın Milli Bankına istinadla xəbər verir ki, sentyabr ayının 1-nə müəyyən olunmuş məzənnəyə əsasən, 1 ABŞ dolları 2,4301 lari təşkil edir.

Bu günə olan məzənnə ilə müqayisədə ABŞ dolları gürcü larisinə qarşı 0,0027 lari bahalaşıb.

Gürcüstanın Milli Bankı və Maliyyə Nazirliyi milli valyutanın ucuzlaşmasına hələlik münasibət bildirməyib.

Qaynarinfo.Az