Dünya şöhrətli amerikalı aktyor Conni Depp eyni evi 3-cü dəfə satışa çıxarıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Kentukkidə yerləşən 557 kv.metrlik ev son 9 ayda 3-cü dəfə satışa qoyulub. Dekabr ayında 3,4 milyon dollar, martda 2,9 milyona satışa qoyulan evin yeni qiyməti 3 milyon dollar olacaq. Aktyor 7 otaqlı, 6 vanna otağı olan evi ilk dəfə 1995-ci ildə alıb, 2001-ci ildə isə 1 milyon dollara satıb. Ərazini 2005-ci ildə 2 milyon dollara təkrar alan Deppin bu addımının səbəbi bilinmir.

Qeyd edək ki, tikilidə Deppin ötən il dünyasını dəyişmiş anası yaşayırdı.

Gülşən

Qaynarinfo.Az