İfaçı Rəşad Həmidov növbəti yeniliyə imza atıb.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, Rəşad həmidov ilk dəfə Azərbaycanda trip hop janriında avto hit mahni ifa edib. 

Sözləri və bəstəsi Rəşad Həmidova aid olan mahnı əsasən gənclərə ünvanlanıb və bəzən bir səhvin belə, insan həyatını necə məhv etməsindən bəhs edir.

Bu janra müraciət səbəbinin eksperiment olduğunu bildirən müğənni-bəstəkar Rəşad Həmidov qeyd edib ki, mahnı işıq üzü gördüyü andan dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Rəşad Həmidovun bir öncəki "İstidir" adlanan mahnısı isə "trip dance" janrında idi və çox boyuk maraqla qarşılanmışdı.

Qaynarinfo.Az