"Panasonic" şirkəti insan səsi ilə verilən komandaları icra edən və sahibinin çağırışı ilə onun yanın gedən "ağıllı" soyuducu konseptini təqdim edilib.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, mini versiyada hazırlanan soyuducu Berlində təşkil olunan "IFA-2017" adlı sərgidə nümayişə çıxarılıb.

Soyuducu yüngül qidaların və içkilərin saxlanılması üçün nəzərdə tutulub. Müasir məişət texnologiyası daxilindəki məhsulları təhlil edərək, sahibinə tövsiyyələr belə verə bilir.

Qeyd edək ki, şirkət 10-20 il ərzində sözügedən soyuducunun istehsalına başlayacaq.

Qaynarinfo.Az