Azərbaycanın Xarici İşlər Nazirliyi Myanmardakı qətliama münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatdır: 

“Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik”.

Qaynarinfo.Az