SpaceX və Tesla kimi nəhəng texnologiya şirkətlərinin sahibi Elon Mask süni intellektin Şimali Koreyadan daha böyük təhlükə olduğunu deyib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Süni intellekt sahəsində liderlik uğrunda mübarizə 3-cü dünya müharibəsinə səbəb olacaq" deyən Mask Putinin bir neçə gün əvvəl verdiyi açıqlamanı paylaşaraq bu fikirləri səsləndirib. Açıqlamada Putin "Süni intellekt insanlığın gələcəyidir, bu sahədə lider olan ölkə dünyanı idarə edəcək" demişdi.

Qeyd edək ki, Elon Mask bir müddət əvvəl BMT-yə müraciət edən 116 nəfərdən biri idi. Müraciətdə süni intellekt sahəsindəki inkişafın təhlükəsindən bəhs edilir və bu növ silahlara qadağa qoyulması tələb edilir.

Gülşən

Qaynarinfo.Az