"Lider” televiziyasında direktor müavini vəzifəsində çalışan və bu yaxınlarda öz istəyi ilə işdən ayrılan Lamiyə Ələkbərovaya yeni vəzifə verilib.

"Qaynarinfo" primetime.az-a istinadən xəbər verir ki, aparıcı İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilib. Lamiyə xanım bu gündən etibarən kanalda vəzifəsinin icrasına başlayıb. Məsələ ilə bağlı münasibət öyrənmək üçün L.Ələkbərova ilə əlaqə saxlamağa çalışdıq. Onun telefonları şəbəkə xidməti xaricində idi.

Xatırladaq ki, L.Ələkbərova 22 ildir televiziya sahəsində çalışır. O, ilk addımlarını dövlət televiziyası olan AzTV-də atıb və 11 il orada çalışdıqdan sonra "Lider TV”-də işə başlayıb. L.Ələkbərova "Lider TV”-də də 11 il çalışıb. O, "Həyat tərzi” verilişinin müəllifi və aparıcısı olub.

Qaynarinfo.Az