"Apple" şirkəti maraqla gözlənən yeni iPhone modelini 12 sentyabrda tanıdacaq. Bəs bu tarixdən sonra köhnə iPhone modellərinin qiyməti nə qədər düşəcək? 

"Qaynarinfo" sizə endirimli iPhone almaq üçün ən uyğun zaman barədə məlumat verəcək. 


ABŞ-ın əsas texnoloji şirkətlərindən olan "Apple" iPhone 8 modelinin yaxın günlərdə təqdimatını edəcək və bunun ardından satışa çıxaracaq. Araşdırmaya əsasən, yeni modelin təqdimatından bir müddət sonra köhnə modellərin qiymətində ən az 100 dollar dəyərində düşüş qeydə alınır. Bu da təxmini olaraq 20 faiz endirim deməkdir. Ancaq bu kəskin endirim bizim ölkəmizdə təxminən il sonuna təsadüf edəcək. 

Nərmin Həsənli

Qaynarinfo.Az