Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Estoniyanın paytaxtı Tallinində səfərdədir.

"Qaynarinfo" Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, M.Məmmədquliyev sentyabrın 8-də Avropa İttifaqı (Aİ) və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Görüş zamanı iştirakçılar noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər. Görüşdə Ermənistanı xarici işlər naziri Edvard Nalbandyanı təmsil edəcək.

Qeyd edək ki, Aİ-nin altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. 

Qaynarinfo.Az