ABŞ-ın Texas Universitetinin alimləri tərəfindən hazırlanan cihaz xərçəng hüceyrələrini 10 saniyədə müəyyənləşdirə bilir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Science Translational Medicine" jurnalında yayımlanan nəticələrə əsasən qələmə bənzər "MasSpec Pen" adlı cihaz 96% doğru işləyir.

Qələm necə işləyir? 

Qələm xərçəng hüceyrələrinin olduğu ehtimal edilən toxumaya yaxınlaşdırılır. Qələm toxuma üzərinə bir damla su buraxır, toxuma içindəki kimyəvi maddələr su ilə qarışır və qələm su damlasını təkrar əmərək analiz edir. Cihaz daha sonra toxumanın sağlam yoxsa xərçəngə yoluxmuş olub-olmaması ilə bağlı məlumat verən kimyəvi iz istehsal edir. 

Cihaz bu günə qədər 253 nümunə üzərində sınaqdan keçirilib. Qələm hazırda 1,5 mm toxuma üzərində analiz apara bilir. "MasSpec Pen"in istehsalı ucuz başa gəlsə də, toxumadan su damlası ilə birlikdə çəkilən kimyəvi maddələrin analiz edildiyi spektrometr cihazı olduqda bahalıdır. Alimlər gələcəkdə prosesin qiymətini azaltmaq və doğruluq faizini yüksəltmək niyyətindədirlər.

Gülşən

Qaynarinfo.Az