Avqustun 31-də "Neolit” şadlıq evində keçirilən ad günü mərasimində müğənni İzzət Bağırova görə düşən kütləvi dava barışıqla yekunlaşıb.

"Qaynarinfo" xəbər verir ki, yayiminfo.com-un əldə etdiyi xəbərdə bildirilir ki, müğənni İzzət Bağırovla məclisin sahibi Novruz Aslanlı və həmin davada olmuş şəxslər arasında görüş keçirilib.

Görüşdə tərəflər qarşılıqlı anlaşma və hörmət şəraitində barışıq əldə ediblər. İ.Bağırov da qarşı tərəfdən şikayətçi olmadığını qeyd edib. Hadisənin anlaşmazlıqdan baş verdiyi bildirilib və tərəflər barışıblar. 

Mübahisəyə səbəb qonaqlar arasında bəzilərinin operatordan müğənnini deyil, onları lentə almağı tələb etməsi və İ.Bağırovu təhqir etmələri olub. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mikrofonu yerə qoyub. Nəticədə restoran işçiləri ilə qonaqlar əlbəyaxa olublar.

Qaynarinfo.Az