Aparıcı Xoşqədəm Hidayətqızı həkimlərdən şikayət edib. "Qaynarinfo" xəbər verir ki, aparıcı stomatoloqun səriştəsizliyinin qurbanı olub. 

O, bu barədə "Instagram" səhifəsində məlumat verib. Qanlı dişinin fotosunu paylaşan aparıcı bu sözləri yazıb: "Nəticəni düşünün... Yaxşı, hamının inanıb yanına getdiyi o həkimlə bağlı hansı addımı atım? Axı mən sənin yanına inanıb gəlmişdim. Qazandığın o pulu rahat yeyəcəyinə əminmisin? Bir şeyə sevinirəm ki, bu cür həkimlərlə yanaşı işini sevən, fədəkar, peşəkar həkimlərimiz də var. Xəqani doktor, Elsəvər doktor, Rəbbim sizi qorusun! Aylar sonra bir gecə diş ağrısı çəkmədən rahat uyudum. Amma sağlam dişlərimi bir işini bacarmayan həkimə görə itirəcəyimə də üzüldüm. Ancaq sizə inandığım üçün hər şeyin yaxşı olacağına əminəm".


Qaynarinfo.Az