Azərbaycan Prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm".

Qaynarinfo.Az