Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana gedib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstanın “Kazinform” agentliyi yayıb. Prezidenti Astana hava limanında Qazaxıstan Baş nazirinin müavini Yerbolat Dosayev qarşılayıb.

Qeyd edək ki, sentyabrın 10-u və 11-də Astanada Müstəqillik Sarayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə İslam Əməkdaşlıq Şurasının Elm və Texnologiya üzrə sammiti keçiriləcək. Sammitdə 80 dövlətin nümayəndəsi iştirak edəcək.

Qaynarinfo.Az