NASA ekspertləri planetde yerləşən "supervulkan"lardan hər birinin püskürmə ehtimalı olduğunu bildirib. 

"Qaynarinfo" "The İndependent" xəbər agentliyinə istinadən bildirir ki, məlumatda Yer kürəsində belə 20 "supervulkan" var. Və onlardan hər hansı birinin püskürməsi planet üçün çox ciddi təhlükədir. 

Hətta bəzi ekspertlər bu vulkanların püskürməsini asteroid düşməsindən daha ciddi təhlükə hesab edir. Buna görə də mütəxəssislər "Yelloston" vulkanına xüsusi plan çərçivəsində nəzarət edirlər. Vulkanın kalderasının böyüklüyü 55 km-dən 72 km-ə qədər çatır. Əks halda vulkanik bir qış yaşaya bilərik. 

O da qeyd olunub ki, əgər sözügedən vulkan püskürərsə, təsiri hətta Kamçatkada belə hiss olunacaq. Bu vulkanlar oyansa, dünyanın 99 faizi məhv ola bilər.

Nərmin Həsənli

Qaynarinfo.Az