Misirdə fironların dövründən qalan içi mumyalarla dolu kütləvi məzarlıq tapılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 3500 illik məzarlıq Nil çayı yaxınlığında tapılıb. Mumyaların krallığın zərgəri və ailə üzvlərinə aid olduğu təxmin edilir. 

Antik əsərlər naziri Xalid Əl Ənani bildirib ki, mumyaların vəziyyəti yaxşı deyil, lakin məzarlığın zərgər ailəsinə aid olduğunu sübut edən heykəllər tapılıb. Məzarlığın içində başqa əşyalar da aşkar edilib. Arxeoloqlar bildirir ki, tapıntı turizm sektoruna müsbət təsir göstərəcək. 

Gülşən

Qaynarinfo.Az