ABŞ-ın "Southwest Havayolu" şirkəti Harvey qasırğasından mühafizə məqsədilə 64 it və pişiyi təhlükəsiz əraziyə köçürüb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, fırtına səbəbilə ölmək üzrə olan heyvanlara sığınacaqlarda yer qalmadığı üçün "Southwest Havayolu" şirkəti köməyə çatıb və heyvanlar Dan Dieqoya köçürülüb. 

Helen heyvan mərkəzinin rəhbəri Mayk Arms bildirib ki, fırtınadan sonra sığınacaqların vəziyyəti çox pisdir, buna görə də bu canlılar çətin vəziyyətdə qalacaq, hətta dərmanla yatırılacaqdılar, fəlakətin səssiz qurbanlarını xilas etdiyimiz üçün qürur duyuruq.

Qeyd edək ki, havayolu şirkəti işçiləri təyyarədə yerləşdirilən heyvanlara xidmət göstərib, su və yemək veriblər.

Gülşən

Qaynarinfo.Az