Günəşdə yenidən partlayış baş verib.

"Qaynarinfo" xəbər verir ki, NASA öz "Twitter" hesabından Günəçdə yeni partlayış müşahidə edildiyini açıqlayıb.


Yeni partlayış M8.1 kateqoriyasına aid edilib. Bu partlayış 6 sentyabrda baş verən hadisədən 10 dəfə zəifdir.

Qeyd edək ki, 6 sentyabrda baş verən hadisə son 12 ildə Günəçdə baş verən ən güclü partlayış olub. Son partlayış 1 həftə ərzində baş verən 6-cı belə hadisədir. 

Nərmin Həsənli

Qaynarinfo.Az