ABŞ PKK-nın Suriya qolu olan YPG-yə növbəti silah yardımını edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 70 yük maşını İraq sərhəddindən keçərək terrorçu qrupa çatıb.

Maşınların üzəri örtülü olduğu üçün hansı növ hərbi texnikanın göndərildiyi dəqiq bilinmir. Lakin yük maşınlarında hərbi nəqliyyat vasitələrinin yerləşdiyi deyilir. 

Qeyd edək ki, ABŞ YPG-yə İŞİD-lə mübarizə məqsədilə texnika göndərir. 

İyun ayından bəri göndərilən, milyardlarla dollar dəyəri olan hərbi yardım hissə-hissə yola salınıb və 421 yük maşınından ibarətdir.

Gülşən

Qaynarinfo.Az