Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanına səfərində Suriya və Körfəz böhranı barədə açıqlama verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Lavrov Körfəz ölkələrinin Qətər ilə böhranı həll etməyin və görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Sergey Lavrov həmçinin qeyd edib ki, Suriyanın İdlib şəhərində atəşkəs bölgəsinin yaradılması prosesi sentyabrın ortalarında tamamlana bilər.

Qeyd edək ki, Rusiya, İran, Türkiyənin iştirakı ilə may ayında görüş keçirilmiş, Suriyada müharibənin dayanması, atəşkəs bölgələrinin yaradılması barədə qərar qəbul edilmişdi.

Gülşən

Qaynarinfo.Az