Xakerlər "Apple"ın son İOS 11 versiyasına giriş etməyi bacarıblar.

Səbrsizliklə gözlənilən təqdimata 2 gün qalmış xakerlər İOS-un yeni versiyasını sındırıb və sistemə daxil olublar. 

"Qaynarinfo" xəbər verir ki, bu sistem tamamilə 12 sentyabr təqdimatına özəl tərtib olunub. Və onun sındırılması "Apple" üçün gözlənilməz zərbə olub. Belə ki, artıq sındırılmış versiyanı qeyri-qanuni olaraq yükləmək və istifadə etmək mümkündür. Sistem "Golden Master" adlanır. 

Yeniliklər arasında yeni kabelsiz qulaqcıqlar, "Air Pods", yeni nəsil "Apple Watch", hansı ki, artıq onların vasitəsilə zəng etmək də mümkün olacaq. Bunların hər biri 12 sentyabrda paylaşılacaq məlumatlardır. 

Eyni zamanda, o da müəyyən olunub ki, sistemə əlavə olunan yeni funksiyalardan biri şəkillər üçün portret rejiminə müxtəlif işıq effektlərinin əlavə olunmasıdır. Bundan başqa, "Face İD" funksiyası vasitəsilə siz telefona baxdığınız müddətdə smartfonun kilid rejiminə düşməsi baş verməyəcək. 

Sizin üçün müvafiq modellər üçün nəzərdə tutulan linkləri aşağıda qeyd edirik.

Nərmin Həsənli

Qaynarinfo.Az