Rusiya hərbi hava qüvvələrinin Suriyanın Deyr əz Zor bölgəsinə hücumu barədə xəbərlər yayılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hava hücumu zamanı 34 nəfər sivilin öldüyü deyilir. İddianın dəqiqliyi barədə hələlik məlumat verilmir və Rusiya höküməti bu barədə açıqlama verməyib.

Qeyd edək ki, Deyr əz Zor bölgəsi 2014-cü ildən bəri İŞİD terror qrupunun işğalındadır və bölgəni azad etmək məqsədilə hərbi əməliyyatlar keçirilir. Son dövrlərdə İŞİD-in şəhərdəki hakimiyyətini getdikcə itirdiyi barədə məlumatlar yayılır. Rusiyanın terrorçu qrupun üzvlərini vurmağa çalışarkən sivil əhalinin ölümünə səbəb olduğu təxmin edilir.

Gülşən

Qaynarinfo.Az