Onlarla insanın ölümünə səbəb olan İrma qasırğası Karib hövzəsi, Dominikan Respublikası, Kosta Rika və Kubadan sonra ABŞ-ın Florida ştatına çatıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ştatın cənubuna çatan və şimalına doğru irəliləyən qasırğasının sürət kateqoriyası azalaraq 2-ci sırada qərarlaşıb. Sürəti saatda 110 km-ə çatan qasırğa nəticəsində artıq 4 nəfər dünyasını dəyişib, 2 milyon nəfər elektriksiz qalıb. Mayamidə isə sel olub, suyun səviyyəsi 60 sm-ə qalxıb. 

Bəzi bölgələrdə əhaliyə evlərini tərk etmələri, evdə qalanların isə pəncərələrdən uzaq durmaları məsləhət görülüb. 

Gülşən

Qaynarinfo.Az