Şimali Koreya ABŞ-ın təşəbbüsü ilə BMT-də bu gün müzakirə ediləcək sanksiya görüşünə münasibət bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, BMT yeni sanksiyalarda Şimali Koreya lideri Kim Çen İnin mülklərinə və beynəlxalq səyahətinə qadağa qoyulması, Şimali Koreyanın neft, qaz, tikiş məhsullarına ixrac qadağası, başqa ölkələrdə işləyən 100 min Şimali Koreya vətəndaşının maaşlarının dondurulmasını nəzərdə tutacaq. 

Şimali Koreya isə bu qərarların qəbulu üçün ABŞ-ı BMT-yə ödəniş etməkdə günahlandırır və bildirir ki, əgər ABŞ qeyri-qanuni addım atsa, eyni cavabı alacaq. Verilən açıqlamada "Şimali Koreya tərəfindən ABŞ-a qarşı atılacaq addımlar tarix boyunca yaşanmış ən böyük əzab və iztiraba səbəb olacaq" deyib.

Qeyd edək ki, BMT bir müddət əvvəl ABŞ-ın təşəbbüsü ilə Şimali Koreyaya qarşı sanksiyalar paketi qəbul edib. Sanksiyalara səbəb bu ölkənin həyata keçirdiyi nüvə və ballistik raket sınaqlarıdır.

Gülşən

Qaynarinfo.Az