İraq höküməti İŞİD terrorçuları ilə birlikdə ailə üzvlərini də həbs edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, terrorçuların həyat yoldaşları və uşaqlarından ibarət 1400 nəfər Mosulda yerləşən düşərgədə saxlanılır. İŞİD üzvləri ilə birlikdə bəzilərinin həyat yoldaşları da həbs edilib. Bu şəxslərin Azərbaycan, Türkiyə, Rusiya, Tacikistan, kiçik bir hissəsinin isə Asiya ölkələri, Fransa və Almaniyadan olduğu deyilir. 

Norveç Miqrant Şurasının sözçüsü Melani Marxam məsələ ilə bağlı danışaraq "Saxlanılanların vəziyyəti çox pisdir, yalnız su, qida kimi vacib ehtiyaclarını qarşılayırıq. Düşərgədən kənara çıxmağa icazə verilmədiyi üçün gələcəkləri qeyri-müəyyəndir. İraq hökümətindən məsələ ilə bağlı yekun qərar verməyi gözləyirik. Onlar sivil insanlardır və buna uyğun münasibət görməlidirlər." deyib.

Qeyd edək ki, terrorçular və ailələri İraq ordusu Mosulu İŞİD-dən azad edəndən sonra həbs edilib.

Gülşən

Qaynarinfo.Az