Rusiya prezidenti Vladimir Putin Permdə keçirilən texnologiya sərgisində robotla görüşüb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın istehsal etdiyi Promobot adlı robot Putinə mehriban münasibət göstərib və "Salam, Vladimir Putin, mən Promobotam" deyib. 

Qeyd edək ki, Promobot bank sistemi, satıcı və s. kimi vəzifələrdə çalışa bilir. Qiyməti 20 min dollar olan robot ötən il sınaq bölgəsindən qaçmışdı. Qurğunun yaradıcıları 2 ay öncə robotun kiçik qızı aşan şkafın altında qalmaqdan qurtardığı anın görüntülərini yayımlamış və bu davranışın Promobota öyrədilmədiyini iddia etmişdilər.

Gülşən

Qaynarinfo.Az