"Qarabağ"ın bəzi futbolçularını çox yaxşı tanıyıram. Onların milli komandalarda necə çıxış etdiklərini bilirəm". "Qaynarinfo" xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Çelsi"nin baş məşqçisi Antonio Konte deyib.

Sabah baş tutacaq oyundan əvvəl mətbuat konfransı keçirən italyan mütəxəssis "Qarabağ"la bağlı müsbət fikirlər səsdəndirib: "Rəqib çox yaxşı komandadı. İlk dəfə bu turnirdə iştirak edəcək. İtaliya millisində çalışarkən Azərbaycan yığması ilə qarşılaşmışdıq. Yığmanın heyətində "Qarabağ"ın bir neçə futbolçusu çıxış edir. Onların çox yaxşı futbolçular olduğunu bilirəm. Mən belə oyunları çox çətin oyunlar adlandırıram. Onlara qarşı oynamaq heç də asan olmayacaq. Uduzmaq ehtimalını da nəzərə almaq lazımdı".

Konte deyib ki, ÇL-də bütün matçlarda qalib gəlməyə çalışmalıdılar. O, görüşdən bir gün öncə start heyətini açıqlamağı da lazım bilməyib: “Məşqçiliklə müqayisədə, futbolçu kimi ÇL-də böyük təcrübəm var. Bu yarışda iştirak etdiyimiz üçün qürur duymalıyıq. Burada hər oyunda qalib gəlməyə çalışmalıyıq. İngiltərə Premyer Liqasının sonuncu turunda “Lester”lə keçirdiyimiz oyun “Qarabağ”la görüş üçün heyət seçimimə təsir edəcək. Start heyətini indidən açıqlamaq mümkün deyil. Bu, böyük risk olardı. Çünki daha sonra dəyişikliklər baş verə bilər”.

Qaynarinfo.Az