Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək "Vitoriya Gimaraynş" (Portuqaliya) - "Zalsburg" (Avstriya) görüşünü Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edəcək.

"Qaynarinfo" goal.az-a istinadən xəbər verir ki, görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimi əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç sentyabrın 14-də "Afonso Henriques" stadionunda keçiriləcək.

Qaynarinfo.Az