Peru Şimali Koreya səfirini ölkədə arzuolunmaz şəxs elan edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Peru Xarici İşlər Nazirliyi açıqlama verib.

Bildirib ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymadığı üçün bu ölkənin səfiri ölkəni tərk etməlidir və bunun üçün 5 gün vaxtı var.

Meksika Xarici İşlər Nazirliyi də ötən həftənin cümə günü eyni qərarı vermiş, Şimali Koreya səfirindən ölkəni tərk etməyi istəmişdi.

Qeyd edək ki, Şimali Koreyanın sonuncu hidrogen bombası sınağı dünya ictimaiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanıb.

Gülşən

Qaynarinfo.Az