"Mənim üçün Baxın və ya Motsartın daha önəmli sənətçi olmağı haqqında fikir bildirməyim qeyri-mümkündür. Musiqidə məntiq axtarmaq ağılsızlıqdır və qaydaları haqqında da heç bir fikrim yoxdur. Daxili bütövlüyünü duyğusal olaraq qavramadığım əsəri heç vaxt sevə bilmərəm...

Müasir musiqi ilə bağlı çox az bilgiyə sahibəm. Ancaq bir şeydən əminəm. Əsl sənət yaradıcının ehtirası ilə xarakterizə edilir" deyən, Albert Eynşteyin klassik musiqiçilər haqqında fikirlərini və onları bəyənib bəyənmədiyini deyir.

"Qaynarinfo" sizə alimin maraqlı fikirlərini təqdim edir:

1. Lüdviq Van Bethoven


Lüdviq Van Bethoveni çox sevmirəm. Mənə çox dramatik və fərdi təsir bağışlayır.

2. Yohan Sebastian Bax


Bax, Motsart və bir neçə italyan, ingilis bəstəkarları ən çox sevdiklərimdəndir.

3. Şubert


Şuberti çox sevirəm. Yetkin duyğusallığı fövqəladə tərənnüm edə bilmək bacarığına malik olduğu üçün ən çox sevdiklərimdən biridir. 

4. Handel


Handeli hər zaman ən yaxşılardan, hətta qüsursuz bəstəkarlardan biri hesab etmişəm və onun insanı yormayan qəribə səthililiyinə heyranam.

5. Motsrat


Mənim üçün Baxın ya Motsartın daha yaxşı olduğunu demək qeyri-mümkündür. Musiqidə məntiq axtarmıram.

6. Robert Şuman


Şuman mənə xırda detallardakı azadlıq və duyğu zənginliyinə görə cəlbedici gəlir. Lakin forma olaraq musiqilərində çatışmayan dərinliyinə görə zövq ala bilmirəm.

7. Feliks Mendelson Bartoldi


Mendelson böyük istedada malikdir, bəzən isə onun bəstələrində bayağılıq görürəm. Tam anlaya bilmədiyim bu musiqilərdə dərinlik çatışmır. 

8. Yohans Brams


Bramsın bəzi əsərlərini musiqi aləmində çox önəmli yeri olduğunu düşünürəm. Lakin bəzi bəstələri inandırımaq gücünə malik deyil. 

9. Riçard Vaqner 


Vaqnerin yaradıcılığına heyranam. Bəstələrin memarlıq qurluşunda müəyyən əksikliklər var. Bir də musiqiçi şəxsiyyətini o qədər itici hesab edirəm ki, onu dinləyəndə içimdə ona qarşı mütləq antipatiya olur. 

10. İohan Ştrauss


Ştraussu istedadlı lakin, içdən yoxsul hesab edirəm. 

11. Klod Debüssü


Müasir musiqiyə önəm vermirəm deyə bilmərəm. Debüsssü zərif, lakin qurluş cəhətdən yoxsul hesab edirəm. Bu cür şeylərə heyran ola bilmirəm.

Lalə

Qaynarinfo.Az