Türkiyədə yaşayan həmyerlimiz Elnur Ələkbərov yeni layihəyə imza atıb.

"Qaynarinfo" xəbər verir ki, o, itirilən və tapılan əşyalarla bağlı dünya miqyaslı sayt yaradıb.

Dünyada milyonlarla insan hər gün hansısa əşyasını itirir və milyonlarla insan da bir şeylər tapır. Lostfinding.com saytının məqsədi əşya itirən və tapan şəxsləri bir araya toplamaq, itirilən əşyaların elan vasitəsilə qısa zamanda tapılmasına şərait yaratmaqdır. 

Sayta daxil olan istifadəçi giriş səhifəsində "bir şey itirmişəm" və ya "bir şey tapdım" adlı iki düymədən birini seçərək elanını yerləşdirə bilər.

Qeyd edək ki, E.Ələkbərov Türkiyənin Marmara Universitetini bitirib, 10 ildir kompüter proqramlaması ilə məşğuldur. "Linux" əməliyyat sistemində 16 layihə üzrə vəzifə alıb, "Ubuntu", "Linux mint", "Debian", "Fedora" kimi versiyaların proqram marketinde 78 açıq qaynaqlı proqramın müəllifidir.


Qaynarinfo.Az