Karip bölgəsindən sonra ABŞ-ın Florida ştatını vuran İrma qasırğasının nəticələri açıqlanıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Karib bölgəsində 35 nəfərin ölümünə səbəb olan qasırğa Floridada 6, Corcia və Cənubi Karolinada isə 4 nəfəri öldürüb. 

Florida ştatında 13 milyon nəfər işıqsız qalıb, 180 min nəfər isə sığınacaqlarda məskunlaşıb. ABŞ donanmasına aid gəmi-təyyarə axtarış-xilasetmə tədbirlərinə başlayıb.

Qeyd edək ki, ötən həftə təsirini göstərməyə başlayan qasırğa çox sayda dağıntılara, Baham adalarında hətta okean suyunun çəkilməsinə səbəb olub və ölkələrə ciddi maddi zərər vurub.

Gülşən

Qaynarinfo.Az