Xüsusən, 35-40 yaşdan sonra kişilərdə prostatit, qadınlarda yumurtalıqlarda yaranan ginekoloji xəstəliklər ciddi problemlərə səbəb olur. 

"Qaynarinfo" bioenergetik, parapsixoloq Rafiq Cərullayevin bu xəstəliklərlə bağlı tövsiyələrini nəzərrinizə çatdırır.

"Prostatit xəstəliyinin kəskinləşməsi zamani istifadə olunan bitkilər: Tozağacı yarpağı, Enliyarpaq bağayarpağı, Quşburnu meyvəsi, Şirquyruğu bitkisi.

1 yemək qaşığı bitki, 200 qram qaynar suda dəmlənir. Gündə 3 dəfə yeməkdən 1 saat sonra yarım stəkan içilir. Bitkilər hər gün təzə-təzə dəmlənməli və qəbul edilməlidir. 


Qadınlarda yumurtalıqlarda soyuqdəymə zamanı isə istifadə olunan bitkilər: Dazı otu, Tozağacı, Lavanda çiçəkləri, Boymadərən bitkisi, Çobanyastığı çiçəkləri. 

Bitkiləri qarışdırırsınız. 2 yemək qaşığına 600 qram qaynanmış su əlavə edib emallı qabda dəmləmək. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan ilıq halda içirsiniz. Qeyd edək ki, vurğuladığımız kimi bitkilər hər gün təzə-təzə dəmlənib qəbul olunmalıdır. 

Nərmin Həsənli

Qaynarinfo.Az