Bu gün Odessanın eks qubernatoru Mixail Saakaşvili Çernoçov sakinləri ilə görüşmək məqsədilə Bukovinə gedəcək.

“Qaynarinfo” xəbər verir ki, bu barədə Saakaşvili şəxsi “Facebook” hesabında bildirib. Görüş yerli vaxtla saat 18:00 üçün şəhərin mərkəzi meydanında planlaşdırılıb.


Bu arada Saakaşvilinin qaldığı “Leopolis” otelindən eks qubernatorun gecə oteli tərk etməsi ilə bağlı xəbərlər yayılıb. Saakaşvilinin vəkili açıqlamasında onun harada olduğunu bilmədiyini, ancaq Çernovçıya getdiyini ehtimal etdiyini deyib.

Xatırladaq ki, Saakaşvili 12 sentyabrda Lvovu tərk edib Ukrayna turuna çıxacağını bildirmişdi.

Nərmin Həsənli

Qaynarinfo.Az