İranda azərbaycanlı mədəni fəal, şair Elşən Böyükvəndin təhsilini davam etdirməsi qadağan olunub.

"Qaynarinfo" "GünAz TV"yə istinadən xəbər verir ki, magistratura pilləsində təhsil alan Elşən Böyükvənd Yoxlama və Qiymətləndirmə Təşkilatının onlayn cavabının görüntüsünü yayıb. Cavabda bu sözlər qeyd olunub:

“Sizin dosyenizdə çatışmazlıqlar var, istəsəniz “Tehran, Həft-tir meydanı, Kərimxan Zənd xiyabanı, 204 sayılı binanın ikinci mərtəbəsində yerləşən Yoxlama və Qiymətləndirmə Təşkilatına müraciət edə bilərsiniz”.


Qeyd edək ki, İranda hər il magistratura sahəsində təhsil almaq istəyən bir sıra tələbələr təşkilatın mənfi cavabı ilə üzləşirlər. Belə hallarla ən çox qarşılaşan isə siyasi fəallar, azərbaycanlı milli-mədəni aktivistlərdir.

Qaynarinfo.Az