ABŞ-ın əsas şirkətlərindən hesab olunan “Apple” dünən səbrsizliklə gözlənilən yeni iPhone modellərinin təqdimatını həyata keçirib.


“Qaynarinfo” xarici mətbuata istinadən bildirir ki, təqdimat mərasiminin ən maraqla gözlənilən seriyası iPhone X modeli olub. Sizə yeni iPhone modelləri haqda bütün məlumatları təqdim edirik:


Çərçivəsiz ekrana sahib olan model iPhone-a xas “home” düyməsini tarixə çevirdi. İPhone X modelinin ən diqqət çəkən tərəfi isə Face İD üz tanıma xüsusiyyəti oldu. Eyni zamanda model 64 GB və 256 GB yaddaş tutumuna sahibdir. Super Retina monitorlu cihazda 5,8 düyüm və 1125x2436 piksel ekran yerləşdirilib. Cihazın RAMı 3 GB olacaq.


Qiymətlər Amerikada 999 dollardan başlayacaq. Məhsullar satışa noyabr ayından etibarən çıxarılacaq.


İPhone 8 və 8 plus modelləri isə 7S-ə bənzər modellərdir. Bu modellərdə olan yeganə dəyişikliklər wireless enerji cihazı, suya və toza dayanıqlı olmasıdır. Modelin kamerasında olan yenilik isə daha zəif işıqda daha keyfiyyətli çəkiliş aparmağa imkan yaradır. İphone 8 Plusda cüt 12 MP kamera mövcuddur. İphone 8-in 32 GB yaddaş tutumlu modeli Amerikada 699 dollara satılacaq. İphone 8 isə satışa 22 sentyabrdan çıxarılacaq.

Nərmin Həsənli

Qaynarinfo.Az