Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin sentyabrın 13-də Ukraynanın Çernovtsı şəhərində mitinq keçirəcəyini bəyan edib.

"Qaynarinfo"nun APA-ya istinadən məlumatına görə, M. Saakaşvili bu barədə "Facebook" səhifəsində yazıb.

"Ukraynada dəyişikliklər Çernovtsıdan başlanacaq", - deyə o qeyd edib.

M. Saakaşvili vətəndaşları saat 18.00-da şəhərin Mərkəzi meydanına çağırıb.

Qaynarinfo.Az