Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qaynarinfo" Trend-ə istinadən xəbər verir ki, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.

39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı bildirilir.

Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.

Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.


Qaynarinfo.Az