Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Xanım Məmməd qızı İbrahimovanın Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb

Sərəncamda qeyd edilib: "Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".

"Qaynarinfo" axar.az-a istinadən xəbər verir ki, Xanım İbrahimova daha öncə Azərbaycanın Avstriya səfirliyində və BMT yanında daimi nümayəndəliyində müşavir vəzifəsində çalışıb. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində səmərəli fəaliyyətlərinə görə ötən il "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif edilib. 2016-cı il iyunun 29-da nazir Əbülfəs Qarayev medalı müşavirə təqdim edib.

X.İbrahimovanın sələfi Əkrəm Zeynallı Prezidentin 25 may 2017-ci il sərəncamı ilə geri çağırılıb, 19 iyulda isə Çin Xalq Respublikasına səfir təyin edilib.

Qaynarinfo.Az