Dünya şöhrətli amerikalı aktyor, musiqiçi, yazıçı, prodüser Frank Vinsent dünyasını dəyişib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 78 yaşlı aktyor ürək əməliyyatı zamanı Nyu Cersidə ölüb.

Dünya şöhrətli rejissor Martin Skorsesenin bir çox filmlərində çıxış etmiş aktyor kariyerasına 1975-ci ildə "Death Collector" filmi ilə başlayıb.

Daha çox mafiya xarakteri ilə çıxış edən Frank Vinsent məşhur "Goodfellas", "Casino", "Raging bull" və s. filmlərdə, son olaraq isə "The Sopranos" serialında yer almışdı.

Gülşən

Qaynarinfo.Az